3D printerdə 2 tonluq gəmi çap edildi

saytların hazırlanması

Evə çatdırılma

3D printerdə 2 tonluq gəmi çap edildi

Dünya

14 Oktyabr 2019 19:30 1129


3D printerdə 2,2 ton ağırlığında 7 metrlik gəmi çap edilib.

"Yeni Sabah" “ictnews”a istinadla xəbər verir ki, bu, indiyədək çap edilmiş ən böyük obyektdir, onun istehsalına 72 saat vaxt sərf edilib.

Men Universitetinin Qabaqcıl Konstruksiyalar Mərkəzinin hazırlaması “Ginnes Rekordlar Kitabı”na düşüb. Alimlər dünyada ən böyük polimer 3D printer prototipi hazırlayıblar və həmin printerdə 3D çap texnologiyasının köməyi ilə ən böyük obyekt çap edilib. Dördpendirli pizza

Alimlər öz fəaliyyətlərini genişləndirməyi planlaşdırırlar: printer uzunluğu 30 m-dək, eni 3 m-dək və hündürlüyü 3 metrədək olan obyektləri çap etmək gücünə malikdir.

Tədqiqatçılar öz fəaliyyətini, həmçinin kommersiyalaşdırmağı planlaşdırır: onlar plastik və ağacdan istifadə etməklə gəmilər çap edəcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!