3x3 basketbol yığmalarımız Avropa Kubokunun seçmə mərhələ oyunlarında iştirak edəcəklər

saytların hazırlanması

Evə çatdırılma

3x3 basketbol yığmalarımız Avropa Kubokunun seçmə mərhələ oyunlarında iştirak edəcəklər

İdman

15 İyun 2023 19:20 822


17-18 iyun Kiprin Limassol şəhərində 3x3 basketbol üzrə həm kişi, həm də qadın milliləri arasında Avropa Kubokunun seçmə mərhələ oyunları baş tutacaq.

Yenisabah.az xəbər verir ki, bosniyalı məşqçi Aleksandar Vlahoviçin rəhbərlik etdiyi Amil Həmzəyev, Cəbrayıl Əkbərov, Zaur Paşayev və Endar Poladxanlıdan ibarət kişi yığma komandamız A qrupunda, Kipr, Lüksemburq və Malta millilərinə qarşı mübarizə aparacaq.

Serbiyalı məşqçi Ratomir Deliçin rəhbərlik etdiyi Tatyana Deniskina, Aleksandra Mollenhauer, Mersedes Volker və Dina Ulyanovadan ibarət qadın yığma komandamız A qrupunda İrlandiya və Malta milliləri ilə qarşılaşacaq. Toyuqlu pizza

Qadın və kişi millilərimizin qrupda ilk oyunları 17 iyunda Malta seçməsinin qadın və kişi komandalarına qarşı Bakı vaxtı ilə müvafiq olaraq saat 9:30 və 9:55-də baş tutacaq.

Onu da qeyd edək ki, Avropa Kubokunun əsas mərhələsi 5-7 sentyabr İsraildə keçiriləcəkdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!