"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində (QSC) 2 departament rəisi vəzifəsindən azad edilib.
Yenisabah.az qaynarinfo-ya istinadla xəbər verir ki, QSC-nin Maliyyə departamentinin rəisi Asəf İsgəndərli və Təchizat Departamentinin rəisi Tərlan Həsənli işdən çıxarılıblar.
Onlar naməlum səbəblərdən "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanovun müvafiq əmri ilə vəzifələrindən azad ediliblər. pizza hut
Müxtəlif dövlət və özəl qurumlarda çalışmış A. İsgəndərli və T.Həsənli bu ilin martında sözügedən vəzifələrə təyin olunmuşdular.
Telegram kanalımız