4 ayda bankların faiz gəlirləri 644 milyon manat olub

saytların hazırlanması

Evə çatdırılma

4 ayda bankların faiz gəlirləri 644 milyon manat olub

İqtisadiyyat

30 May 2019 15:59 1233


Azərbaycanın bank sektoru bu ilin yanvar-aprel aylarında 347,9 milyon manat xalis mənfəət əldə edib. Halbuki, sektor ötən ilin eyni dövründən 57,1 milyon manat xalis zərərlə çıxmışdı.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası məlumat yayıb. 4 ay ərzində bankların faiz gəlirləri 644 milyon manat (illik müqayisədə 14,75% çox), faiz xərcləri 187,7 milyon manat (6,7% az), qeyri-faiz gəlirləri 250,3 milyon manat (57,1% çox), qeyri-faiz xərcləri 344,3milyon manat (5,7% çox), aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları 8,6 milyon manat (96,45% az), digər gəlirləri 21,7 milyon manat (12,8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 27,5 milyon manat (2,7 dəfə çox) təşkil edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!