4 güləşçimiz dünya çempionatında mübarizəyə başlayır

saytların hazırlanması

Evə çatdırılma

4 güləşçimiz dünya çempionatında mübarizəyə başlayır

İdman

16 Sentyabr 2023 12:24 678


Bu gün Azərbaycanın dörd sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Yenisabah.az xəbər verir ki, İntiqam Vəlizadə (61 kq) təsnifat mərhələsində Cənubi Koreyadan olan Hyeonsik Sonqla üz-üzə gələcək.

Maqomed-Başir Xaniyev (70 kq) da mübarizəyə təsnifat mərhələsindən başlayacaq. O, qazaxıstanlı olan Sanjar Dojanovla qarşılaşacaq. Dominos pizza

Abubakr Abakarov (86 kq) 1/16 finalda kanadalı Aleksandr Murla güləşəcək.

Ən ağır çəkili güləşçimiz Georgi Meşvildişvili (125 kq) isə 1/16 finalda bolqarıstanlı İslam Adizovla üz-üzə gələcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!