4 məhsula ixrac qadağası: “Bu, qanuna ziddir“

saytların hazırlanması

Evə çatdırılma

4 məhsula ixrac qadağası: “Bu, qanuna ziddir“

Rəsmi

20 Aprel 2022 15:16 910


"Bu təlimat "Büdcə Qanunu"na ziddir və qanunsuzdur".

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İran parlamentinin Kənd Təsərrüfatı Komissiyasının üzvü Zəbihullah Əzəmi bildirib.

O, ölkənin Kənd Təsərrüfatı Nazirliyinin bir sıra aqrar məhsulların İraq və Azərbaycanla sərhəddən ixracına qoyulmuş qadağdan danışıb. Toyuqlu pizza

Xatırladaq ki, nazirliyin təlimatına əsasən pomidor, kartof, badımcan və soğanın ixracı növbəti bildirişə qədər qadağan edilib.

İranın Kənd Təsərrüfatı Nazirliyi bunu Rusiya-Ukrayna müharibəsi nəticəsində dünya bazarlarında baş verən proseslər, bəzi kənd təsərrüfatı məhsullarına qlobal tələbatın artması, qonşu ölkələrdə idxal tariflərinin aşağı salınması və qiymətlərin tənzimlənməsi zərurəti ilə əlaqələndirib.

"Kənd təsərrüfatı məhsullarının ixracına qoyulan qadağa nazirlik tərəfindən 6 ay əvvəldən fermerlərə bildirilməli idi. Odur ki, bu təlimat məqbul deyil.

Təəssüf ki, ixraca qadağa təchizat bazalarında qarışıqlığa səbəb olub. Əkinçilərin bu göstərişin mövcudluğundan narahat olmağa haqqı var, çünki onların səyləri boşa çıxır”, - deyə Zəbihullah Əzəmi qeyd edib.

O, hazırda rəsmi qurumlarla məsləhətləşmə aparıldığını vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!