4 nəfər dəm qazından zəhərləndi

saytların hazırlanması

Evə çatdırılma

4 nəfər dəm qazından zəhərləndi

Kriminal

31 Dekabr 2021 21:30 1144


Gəncə, Samux və Göygöl sakinləri dəm qazından zəhərlənib.

Hadisə şəhərin İ.Əfəndiyev küçəsində qeydə alınıb. 2000-ci il təvəllüdlü Zərquş Heydarova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal gənc qıza tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Digər zəhərlənmə hadisəsi Göygöl rayonu Xasabağı kəndində qeydə alınıb. 1954-cü il təvəllüdlü Keyfi Salmanov xəstəxanaya yerləşdirilib. Müayinə zamanı onun dəm qazından zəhərlənməsi məlum olub. 67 yaşlı kişi yaşadığı evin vanna otağında dəm zəhərlənib. Vəziyyətinin orta ağır olduğu bildirilir. pizza hut

Analoji hadisə Samux rayonunda da baş verib. Rayon sakini 1945-ci il təvəllüdlü Həmzə Həmzəyev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yaşlı kişinin vəziyyətinin kafi olduğu bildirilir. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!