4 nəfərin ölümünə səbəb olan iş adamı cəzasının azaldılmasını istəyir

saytların hazırlanması

Evə çatdırılma

4 nəfərin ölümünə səbəb olan iş adamı cəzasının azaldılmasını istəyir

Kriminal

08 Oktyabr 2022 11:40 1353


Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədək 4 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən iş adamı, “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyev kassasiya şikayəti verib.

Yenisabah.az xəbər verir ki, şikayət ərizəsində Elşad Kəlbəliyev zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini qeyd edərək şərti cəza verilməsini istəyir.

İş Ali Məhkəməyə daxil olub. Pepperoni pizza

Xatırladaq ki, bu il iyunun 14-də gecə saat 1 radələrində Novxanı bağlar sahəsində Abşeron rayon sakini E.Kəlbəliyevin idarə etdiyi “Range Rover” və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillər toqquşub. Nəticədə M.Ziyadov və sərnişinləri - paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb.

Daha sonra E.Kəlbəliyev hadisə ilə bağlı istintaqa cəlb edilərək həbs olunub. Məhkəmə E.Kəlbəliyevin 2 il nəqliyyat idarə etmək qadağan olunmaqla 9 il azadlıqdan məhrum edilməsinə qərar verib.

E.Kəlbəliyev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir. O, “Qurtuluş 93”də satış müdiri vəzifəsində çalışıb və “Əlincə” futbol klubunun prezidenti olub.

Nəzrin Cavadzadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!