Space TV-də Amil Xəlilin təqdimatında yayımlanan sosial-kriminal layihə "Gəl dərdini danış"da inanılmaz anlar qeydə alınıb.
"Yeni Sabah" xəbər verir ki, verilişə müraciət edən Sevda xanım ərinin qardaşları və qardaşı arvadlarından çox əzab çəkdiyini bildirib. O iddia edib ki, hələ illər əvvəl onu qadın alverinə sürükləmək istəyiblər. Amma Sevda xanımın ailəsinin ayıq-sayıqlığı nəticəsində qarşı tərəf bu əməlindən imtina edib. İddialara görə, qız övladına da eyni əməli törətmək istəyən qayınarvadı sonda polislər tərəfindən iki il icbari iş də alır. Ailənin sözlərinə görə, bu gün bu dörd qızın evdə qalmasının səbəbi də məhz illər əvvəl baş verən hadisələrdir.
Qızlar bu həyat hekayəsi ilə barışsalar da indi istəkləri atalarının mülkünə sahib çıxmaqdır. Ailənin sözlərinə görə, kəndə gedərkən qarşı tərəf onları narahat edir və yaşamağa imkan vermirlər. Sezar pizza
Teleaparıcı Amil Xəlil adı hallanan Qəbələnin Xırxatalı kəndinə yollanır. Uzun axtarıışlardan sonra qarşı tərəfləri bir-bir danışdıran Amil Xəlil yeni faktlarıda ortaya çıxarıb.
Dəhşətli ailə hekayəsini sizə təqdim edirik.
Telegram kanalımız