4 şahmatçımız Avropa çempionatında qızıl medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

4 şahmatçımız Avropa çempionatında qızıl medal qazandı

İdman

14 Sentyabr 2023 20:16 602


Rumıniyanın Mamaya şəhərində şahmat üzrə yeniyetmə oğlan və qızlar arasında Avropa çempionatına yekun vurulub.

Yenisabah.az xəbər verir ki, Azərbaycan şahmatçıları mötəbər yarışda böyük uğur qazanıb.

Məhəmməd Kazımzadə, Mehriban Əhmədli (hər ikisi U-8), Əhməd Xaqan (U-12), Rüstəm Rüstəmov (U-14) bütün rəqibləri qabaqlayaraq öz yaş kateqoriyalarında qızıl medala layiq görülüb. pizza hut

18 yaşlılar arasında çıxış edən Ayan Allahverdiyeva və Xəzər Babazadə gümüş medal əldə edib.

12 yaşlı qızların mübarizəsində Səadət Bəşirli çempionatı bürünc medalla başa vurub.

Beləliklə Azərbaycan şahmatçıları Avropa çempionatından 4 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 7 medalla qayıdır.

Qeyd edək ki, ümumilikdə Avropa çempionatında 47 ölkədən 928 şahmatçı mübarizə aparıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!