4 saylı Dərin Dəniz Özülündə   YANĞIN: Ölən var

saytların hazırlanması

Evə çatdırılma

4 saylı Dərin Dəniz Özülündə YANĞIN: Ölən var

Hadisə

02 Sentyabr 2024 22:51 1393


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin (İB) "28 May" NQÇİ-nin 4 saylı Dərin Dəniz Özülündə yanğın qeydə alınıb.

Bu barədə "Report"a "Azneft" İB-dən bildirilib.

Dərhal hadisə yerinə yanğınsöndürən gəmilər cəlb edilib, qısa müddətdə alovun genişlənməsinin qarşısı alınıb və yanğın tam söndürülüb. Dördpendirli pizza

Hadisə nəticəsində 1960-cı il təvəllüdlü, "Azneft" İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən xüsusi texnika İdarəsinin əməkdaşı Rafiq İsa oğlu İslamov həyatını itirib.

Hadisənin şəraiti qiymətləndirilərək aidiyyəti üzrə müvafiq tədbirlər görülür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!