4 yaşlı qızının ölümünə bais oldu

saytların hazırlanması

Evə çatdırılma

4 yaşlı qızının ölümünə bais oldu

Hadisə

30 May 2024 17:06 643


Şəkər xəstəsi olan 4 yaşlı qızına qazlı su ilə qarışdırılmış uşaq qidası yedirən ana onun ölümünə baiskar olub.

Yenisabah.az xəbər verir ki, hadisə ABŞ-nin Ohayo ştatında baş verib.

Tamara Banks adlı qadın qızına qazlı şirin su ilə qarışdırılmış körpə yeməyi yedizdirib. Balaca qızcığazda günlərdir ciddi  problemlərin əlamətləri görünüb. Lakin anası uşağın nəfəsi kəsilib rəngi göyərəndən sonra 911-ə (xilasetmə xidməti - red.) zəng vurub. Uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Toyuqlu pizza

Banks qızının ölümünə baiskar olduğunu etiraf edib. Prokurorlar bildiriblər ki, Karmiti adlı qızcığaz qısa ömrü boyunca daim laqeydliyə məruz qalıb, düzgün qidalanma və tibbi yardımdan məhrum olub. Ölüm anında qızın dişlərinin tamamilə çürüdüyü müəyyən edilib. Onun diaqnozu qoyulmamış şəkər xəstəliyi ucbatından bir dəfə komaya düşdüyü də məlum olub.

Hazırda qadın saxlanılıb, istintaq davam edir.

Şeyla Səmiyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!