4 yaşlı uşaq anasının tapançası ilə özünü GÜLLƏLƏDİ

saytların hazırlanması

Evə çatdırılma

4 yaşlı uşaq anasının tapançası ilə özünü GÜLLƏLƏDİ

Dünya

31 Oktyabr 2024 20:17 1131


ABŞ-da azyaşlı oğlan avtomobildən anasının tapançasını taparaq özünü güllələyib.

Yenisabah.az xəbər verir ki, hadisə Kaliforniya ştatının Sakramento şəhərində baş verib. Atəş gözəllik salonunun yanındakı dayanacaqda açılıb. 19 yaşlı Şainice Cordova səsi eşidib və nə baş verdiyini görmək üçün çölə çıxıb. O, maşının döşəməsində yaralı 4 yaşlı uşağı tapıb. Anası onun yanında olmayıb. Uşaq davamlı olaraq təsadüfən özünü vurduğunu təkrar-təkrar deyib. Təcili yardım və polis gələnə qədər qız uşağın yarasını sıxaraq onunla danışıb.

Uşaq xəstəxanaya aparılıb. Onun tam sağalacağı gözlənilir. Uşağın anası, 26 yaşlı Latisha Valker tezliklə saxlanılıb. Məlum olub ki, onun tapançaya sahib olmaq icazəsi yoxdur. O, qanunsuz silah saxlamaq, nəqliyyat vasitəsində silah saxlamaq və uşağın həyatına təhlükə törətməkdə ittiham olunub. Marqarita pizza

Qadının girovu 75 min dollar müəyyən edilib. Hazırda müstəntiqlər oğlanın silahı necə ələ keçirə bildiyini araşdırır./Lent.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!