40 ağac kəsdi, 39 min manat ziyan vurdu 

saytların hazırlanması

Evə çatdırılma

40 ağac kəsdi, 39 min manat ziyan vurdu 

Maraqlı

09 İyul 2022 10:19 915


Zaqatalada 40 ağacın kəsilməsi ilə bağlı cinayət işi başlanılıb. 

Bu barədə Yenisabah.az-a rayon prokurorluğundan məlumat veirlib.

Bildirilib ki, Zaqatala rayonu, Dardoqqaz kəndi ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olmuş məlumat Zaqatala rayon prokurorluğunda araşdırma aparılıb. Toyuqlu pizza

Araşdırmalarla qeyd edilən kəndin ərazisindən keçən Tala çayının mühafizə zolağında ümumilikdə 40 ədəd müxtəlif cins və diametrli ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 38 min 550 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Rayon Polis İdarəsinin İstintaq Bölməsinə tapşırılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!