40 mərasimindən sonra Hacı Şahinin yerinə yeni imam təyin olunacaq 

saytların hazırlanması

Evə çatdırılma

40 mərasimindən sonra Hacı Şahinin yerinə yeni imam təyin olunacaq 

Maraqlı

06 Aprel 2023 12:07 1049


“Hacı Şahin Həsənlinin 40 mərasimindən sonra Məşədi Dadaş məscidinə din xadimi təyin olunacaq”. 

Yenisabah.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənlinin vəfatından sonra məsciddə dini ayinləri, Cümə namazlarını İlahiyyat İnstitutunun tələbəsi Elmir Vəliyev icra edir: "Biz bunu Məşədi Dadaş məscidinin icması ilə də müzakirə etmişik. 40 mərasimindən sonra məscidə din xadimləri təyin olunacaq. Əminəm ki, Elmir də orada fəaliyyətini davam etdirəcək”.  Pepperoni pizza

Dövlət Komitəsinin sədri əlavə edib ki, keçmiş Əbu Bəkir məscidində isə təmir işləri başa çatdırılıb və məscidin yaxın zamanlarda açılışının olması gözlənilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!