40 vəzifəli şəxs işdən çıxarıldı, 100-dən çoxuna...

saytların hazırlanması

Evə çatdırılma

40 vəzifəli şəxs işdən çıxarıldı, 100-dən çoxuna...

Sosial

10 İyul 2025 15:14 1047


Bakı şəhərində uşaq bağçalarına növbədə olan valideynlərin sayı 20 minə yaxındır.

“Yeni Sabah” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.

"Lakin şəhərdə kifayət qədər yer olmadığı üçün bu tələbatı tam şəkildə ödəmək mümkün deyil. Burada əsas məsələ tənzimləmə ilə bağlıdır. Əgər bağçalardakı yerlərin sayı uşaqların sayından azdırsa, o zaman necə çalışsaq da, təxminən 20 min uşaq bağçadan kənarda qalacaq", - nazir qeyd edib. Dördpendirli pizza

Nazir onu da qeyd edib ki, 6 ayda 40 bağça direktoru işdən çıxarılıb, 100-dən çoxuna isə töhmət və şiddətli töhmət verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!