41 yaşlı kişi qatarda dünyasını dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

41 yaşlı kişi qatarda dünyasını dəyişdi

Sosial

09 Avqust 2019 08:48 956


Böyük Kəsik-Bakı sərnişin qatarında 41 yaşlı kişi dünyasını dəyişib.

"Yeni Sabah" xəbər verir ki, hadisə ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Məlumata görə, hadisə bu gün saat 00.18-də baş verib. Böyük Kəsik-Bakı qatarı Dəliməmmədli stansiyasında ləngiməli olub. Belə ki, vaqondakı sərnişinlərdən biri -1978-ci il təvəllüdlü Elşən Tanrıverdi oğlu Hüseynovun vəziyyəti pisləşib. Bu səbəbdən qatarın hərəkəti dayandırılıb və bələdçilər tərəfindən hadisə yerinə Təcili Tibbi Yardım briqadası çağırılıb. Buna baxmayaraq Elşən Hüseynov dünyasını dəyişib. pizza sifarişi

Yaxınlarının bildirdiyinə görə, mərhum uzunmüddətdir xəstəlikdən əziyyət çəkirmiş. Mərhumun nəşi hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verildikdən sonra, qatar saat 02:02-də təyinatı üzrə yola salınıb.

Hadisə nəticəsində Böyük-Kəsik-Bakı sərnişin qatarı 1 saat ləngimə ilə Bakı sərnişin stansiyasına çatıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!