412 min hektar ərazidə yazlıq bitkilər əkilib

saytların hazırlanması

Evə çatdırılma

412 min hektar ərazidə yazlıq bitkilər əkilib

İqtisadiyyat

22 İyun 2019 09:23 1396


Respublikada yaz tarla işləri davam etdirilir. İyunun 1-nə kimi 412,7 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb.

Dövlət Statistika Komitəsindən “Yeni Sabah”a bildirilib ki, 72,4 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 31,8 min hektarı dən üçün qarğıdalı), 56,8 min hektarda kartof, 67,7 min hektar sahədə tərəvəz, 21,2 min hektar sahədə bostan bitkiləri, 100,1 min hektarda pambıq, 16,3 min hektar sahədə dən üçün günəbaxan, 7,3 min hektar sahədə şəkər çuğunduru, 2,9 min hektarda tütün, 64,9 min hektar sahədə çoxillik otlar, 1,7 min hektarda birillik otlar və 1,4 min hektar sahədə digər yazlıq bitkilər əkilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!