42 plastik cərrahın fəaliyyətinə icazə verilib - SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

42 plastik cərrahın fəaliyyətinə icazə verilib - SİYAHI

Sosial

17 Aprel 2025 11:59 513


Azərbaycanda praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Səhiyyə Nazirliyi, Baş Prokurorluq, DİN və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası xüsusi siyahını açıqlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Sözügedən tibb mütəxəssisləri Xüsusi Təftiş Komissiyasının iclaslarına dəvət olunmuş və sənədləri ətraflı araşdırılıb. Əvvəlcədən xəbərdarlıq edilməklə iclasların video-audio çəkilişləri aparılıb və hər bir iclas protokollaşdırılıb. Komissiyanın ümumən 11 iclası keçirilib. pizza hut

Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin Siyahısı” tərtib olunaraq aşağıdakı linkdə yerləşdirilib:

Linkdə göstərilən Siyahı bugünkü məlumatları özündə əks etdirir. Tibb mütəxəssislərinin plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verən yeni hüquqi əsaslar olduğu halda sözügedən siyahı mütəmadi yeniləcək.

Bununla yanaşı, Səhiyyə Nazirliyinin müvafiq əmri ilə “Cərrahiyyə profili üzrə digər peşə ixtisas sahibləri tərəfindən ali ixtisas tibb təhsilinin tədris proqramlarına uyğun olaraq icrasına icazə verilən plastik cərrahiyyə sahəsinə aid əməliyyatların Siyahısı” təsdiq edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!