429 əcnəbi Azərbaycandan çıxarılıb - DMX

saytların hazırlanması

Evə çatdırılma

429 əcnəbi Azərbaycandan çıxarılıb - DMX

Sosial

06 Oktyabr 2025 10:00 257


Bu ilin III rübündə Dövlət Miqrasiya Xidməti (DMX) əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma, yaşama, işə cəlb olunma qaydaları və digər müvafiq inzibati hüquq pozmalarla bağlı ümumilikdə 7718 qərar qəbul edib.

Yenisabah.az xəbər verir ki, inzibati qərar qəbul edilən əcnəbilərdən 3245 nəfəri tənzimlənməyən miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı saxlanılıb. Onların ölkə ərazisində olma və yaşama hüququ verən sənədlər olmadan (qanunsuz) yaşaması, ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi və ya qeydiyyat ünvanı üzrə yaşamadığı müəyyənləşdirilib.

Miqrasiya qanunvericiliyini pozan 429 əcnəbi isə Azərbaycan hüdudlarından kənara inzibati qaydada çıxarılıb. Dördpendirli pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!