44 günlük müharibədə öldürülən ermənilərin bir qismi hələ də dəfn olunmayıb

saytların hazırlanması

Evə çatdırılma

44 günlük müharibədə öldürülən ermənilərin bir qismi hələ də dəfn olunmayıb

Hadisə

19 Oktyabr 2023 09:55 560


2020-ci il müharibəsindən 3 il keçsə də, məlum olur ki, Ermənistandakı məhkəmə-tibb mərkəzinin soyuducularında hələ də dəfn olunmamış, valideynlərinə təhvil verilməyən qalıqlar var.

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

“Hökumət 44 günlük müharibədə həlak olan və valideynləri tərəfindən götürülməkdən imtina edən bütün hərbçilərin qalıqlarını basdırmağa hazırlaşır”, – deyə Ermənistanın səhiyyə naziri Anahit Avanesyan açıqlamasında bildirib. Toyuqlu pizza

Səhiyyə naziri əlavə edib ki, soyuducu şəraitində belə onların çürüməsinin qarşısını almaq mümkün deyil:

“Elə orqanlar var ki, onların şəxsiyyəti bir neçə dəfə təkcə Ermənistan Məhkəmə Tibb Mərkəzi tərəfindən deyil, həm də digər ölkələrdə aparılmış müstəqil ekspert rəyləri ilə təsdiqlənib. Əgər DNT müayinəsinin nəticələri bu qədər etibarlıdırsa, o zaman valideynlərin oğullarının qalıqlarını götürüb dəfn etməkdən imtina etmələrinin səbəbi nədir?”

“Valideynlər kifayət qədər ağır psixoloji vəziyyətdədir. Dəqiq səbəbin nə olduğunu deyə bilmərəm. Ağrılı bir reallıq da var: vaxt keçdikcə reallıqla barışmaq, faktları qəbul etmək və sevilən birinin qalıqlarını götürmək bir o qədər çətindir. Yəni valideynlər bu qalıqların uşaqlarına aid olduğuna inanmaqdan imtina edir, ola bilsin ki, onlar da DNT analizinin nəticələrinə inanmırlar”.

Qeyd edək ki, 44 günlük müharibədə həlak olan əsgərlərin qalıqları Ermənistan Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza Mərkəzində soyuducu şəraitdə saxlanılır və onların çürüməsinin qarşısını almaq mümkün deyil.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!