47 yaşlı, amerikalı aktrisa Kemeron Diaz ilk övladını dünyaya gətirib.
"Yeni Sabah" bildirir ki, bununla bağlı Hollivud ulduzu özünün “Instagram” səhifəsində paylaşım edib.
Reddiks adını verdiyi qızının şəklini paylaşmayacağını bildirən aktrisa “Bircə onu deyə bilərəm ki, o, çox gözəldir”, - deyə yazıb. pizza sifarişi
Qeyd edək ki, Kemeron Diaz “Good Charlotte” rok-qrupunun gitaraçısı Benci Medden ilə evlidir. Cütlük 2015-ci ilin yanvarında ailə qurub.
Telegram kanalımız