49 saat dağıntı altında qalan müəllim sağ çıxarıldı 

saytların hazırlanması

Evə çatdırılma

49 saat dağıntı altında qalan müəllim sağ çıxarıldı 

Maraqlı

08 Fevral 2023 10:28 634


Türkiyənin Hatay bölgəsində baş vermiş dəhşətli zəlzələdən sonra dağıntılar altında qalanların çıxarılması üçün axtarış-xilasetmə işləri davam etdirilir. 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, axtarışlar zamanı 49 saat uçqun altında qalan şəxs xilas edilib. 

İxtisasca müəllim olan vətəndaşın sağ çıxarılması ətrafdakı insanlar tərəfindən alqışlarla qarşılanıb.  Sezar pizza

O, müayinə üçün xəstəxanaya aparılıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Son məlumatlara əsasən, zəlzələ nəticəsində 8 minə yaxın insan həlak olub, 34 810 nəfər isə yaralanıb. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!