492 musiqi müəllimi attestasiyadan keçə bilməyib - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

492 musiqi müəllimi attestasiyadan keçə bilməyib - Rəsmi

Sosial

01 Aprel 2025 17:50 464


Son iki ayda 492 şəxs musiqi və incəsənət məktəblərində çalışan təhsilverənlər üçün keçirilən attestasiyadan keçə bilməyib.

Yenisabah.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bu ilin fevral-mart aylarında keçirilən attestasiyanın ilkin mərhələsində 1 675 nəfər iştirak edib ki, bu da attestasiyaya cəlb olunmalı müəllimlərin 95,2 faizini təşkil edir. Attestasiyadan keçən 1 183 müəllimin 650 nəfəri, başqa sözlə 55%-i bütün komissiya üzvləri tərəfindən müsbət qiymətləndirilməklə ən yüksək nəticə göstərib. Pepperoni pizza

492 müəllim attestasiya komissiyalarının qiymətləndirməsinə əsasən tutduğu vəzifəyə uyğun hesab edilməyib. Onlardan 107 nəfər attestasiya komissiyasının bütün üzvləri, 273 müəllim bir nəfər (yerli həmkarlar təşkilatının nümayəndəsi) istisna olmaqla 4 komissiya üzvü tərəfindən tutduğu vəzifəyə uyğun olmayan kimi qiymətləndirilib.

112 nəfər təhsilverən isə komissiya üzvlərindən 2-si lehinə olmaqla, digər 3-ü tərəfindən tutduğu vəzifəyə uyğun hesab edilməyib. 

Attestasiyada 2 lehinə, 3 əleyhinə səslə tutduğu vəzifəyə uyğun hesab edilməyən 112 nəfər təhsilverən təlimlərə cəlb olunmaq və müəyyən müddətdən sonra təşkil olunacaq imtahanın nəticələrinə əsasən əvvəlki iş yerlərinə qəbul edilmək imkanı veriləcək. 

Tutduğu vəzifəyə uyğun hesab edilməmiş yaşı 60-dan yuxarı olan, eləcə də bir sıra ağır xəstəliyi olan müəllimlərin alternativ iş imkanlarının araşdırılması məqsədilə aidiyyəti regional mədəniyyət idarələrində komissiyalar yaradılacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!