5 ayda 3500 nəfərə dəfnpulu verilib - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

5 ayda 3500 nəfərə dəfnpulu verilib - Rəsmi

Sosial

11 İyun 2025 16:43 337


Bu ilin yanvar-may ayları ərzində 3,5 min nəfər dəfn xərci çəkmiş şəxsə dəfn üçün müavinət təyin edilib və ödənilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Onlardan 5 nəfəri Azərbaycan ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilərdir. Dördpendirli pizza

Əmək pensiyaçısı vəfat etdikdə onun dəfni ilə bağlı xərçləri çəkmiş şəxsə minimum pensiyanın üç misli miqdarında, yəni 960 manat dəfn üçün birdəfəlik müavinət verilir.

Müavinət dövlət qulluqçusu, həmçinin yaşa, əlilliyə və ailə başçısını itirməyə görə verilən müavinətlərdən biri təyin edilmiş, işsizlikdən sığorta ödənişini alan, sığortaolunan şəxs vəfat etdikdə onun dəfni ilə bağlı xərçləri çəkmiş şəxsə 500 manat dəfn üçün birdəfəlik müavinət verilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!