Paytaxtın Binəqədi rayonunda 5 evdən oğurluq edən şəxs saxlanılıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, mənzillərdən təmir-tikinti əşyaları, eləcə də elektrik naqillərinin oğurlandığına dair şikayət araşdırılıb. Əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Tahir Qasımov saxlanılıb.
Polis bölməsində araşdırma aparılan zaman onun paytaxtın bir neçə rayonunda yerləşən ümumilikdə 5 evdən müxtəlif vaxtlarda təmir-tikinti alətləri, məişət və digər əşyalar oğurladığı məlum olub. O, izahatında etdiyi oğurluqları etiraf edib. Marqarita pizza
Faktlarla əlaqədar toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib.
Telegram kanalımız