Beş nəfərə qarşı dələduzluq etdiyinə görə məhkum olunan qadın apellyasiya şikayəti verib.
“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq-təkrar törədildikdə) maddəsi ilə Səbail Rayon Məhkəməsinin hökmü ilə məhkum olunan Şəfiyeva Türkan Rəcəb qızı 1-ci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verib. Cinayət işində Məmmədov Rafiq İsmayıloviç, Eyvazova Lətafət Faiq qızı, İsmayılova Günay Namaz qızı və Əliyeva İlqarə Rauf qızı zərərçəkmiş qismində tanınıb.
Qeyd edək ki, 1986-cı il təvəllüdlü T.Şəfiyeva 2011-ci ildə də Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin hökmü ilə cərimə cəzasına məhkum edilib. Ancaq 2012-ci ildə prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb. pizza sifarişi
Azər İsrafilov
Telegram kanalımız