5 ölkə Çinə qarşı birləşdi

saytların hazırlanması

Evə çatdırılma

5 ölkə Çinə qarşı birləşdi

Dünya

23 Mart 2021 12:02 1039


ABŞ, Kanada, İngiltərə, Avstraliya və Yeni Zelandiya Çinin uyğur türklərinə qarşı siyasətinin narahatedici bir həddə çatdığını açıqlayıb.

Yenisabah.az xəbər verir ki, Çin Sincan Uyğur Muxtar Bölgəsindəki uyğur türklərinə qarşı insan haqlarını pozan addımlar atır. Bu isə sözügedən beş dövlətin haqlı narazılığına səbəb olub.

Onların verdiyi bəyanatda Çin hökümətinin öz sənədləri, peyk şəkilləri və şahidləri də daxil olmaqla insan haqları pozuntularına dair kifayət qədər dəlillərin olduğu qeyd edilib. Toyuqlu pizza

Bəyanatda sözügedən ölkələrin və AB-nin Çin rəsmilərinə qarşı ortaq bir sanksiya addımı atdığına da işarə edilib:

“Çinin geniş repressiya proqramına dini azadlıqların ciddi şəkildə məhdudlaşdırılması, məcburi əmək, toplama düşərgələrində kütləvi həbs, zorla qısırlaşdırma və Uyğur mirasının mütəşəkkil şəkildə məhvi daxildir. Çini Sincanda Uyğur müsəlmanlarına və digər etnik-dini azlıqlara qarşı repressiv tətbiqetmələrini dayandırmağa və həbs olunanları sərbəst buraxmağa çağırırıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!