5 qızı qurban seçən 46 yaşlı pedofil tutuldu

saytların hazırlanması

Evə çatdırılma

5 qızı qurban seçən 46 yaşlı pedofil tutuldu

Maraqlı

26 İyun 2023 16:12 1163


Moskva vilayətinin Yeqoryevsk şəhərində yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılığın bir neçə epizodu üzrə şübhəli bilinən şəxs saxlanılıb.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional bölməsinin mətbuat xidməti məlumat yayıb.

Saxlanılan şəxs bir il ərzində cinayətlər törədib. Onun qurbanları 10-13 yaş arası beş uşaqdır. pizza mizza

Bu yaxınlarda hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətlərdən xəbər tutublar. Uşaqlar pedofili təsvir edərək, onun motosiklet sürdüyünü deyiblər. Cinayətkarın portreti tərtib edilib və bir neçə məşhur "Telegram" kanalında yerləşdirilib.

Tezliklə şübhəlinin şəxsiyyəti müəyyən edilib, onun 46 yaşlı yerli sakin olduğu məlum olub və o, artıq saxlanılıb.

Yaxın vaxtlarda şəxs barəsində həbs-qətimkan tədbiri seçiləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!