“5 telefonla gəzirlər, arvadda nə qədər telefon olar?!” - VİDEO 

saytların hazırlanması

Evə çatdırılma

“5 telefonla gəzirlər, arvadda nə qədər telefon olar?!” - VİDEO 

Şou

11 Dekabr 2023 10:38 667


Əməkdar artist Cavanşir Məmmədov gənc müğənniləri tənqid atəşinə tutub.

Yenisabah.az xəbər verir ki, ifaçı qonaq olduğu "Elgizlə izlə" verilişində keçmiş müğənnilərlə indikiləri müqayisə edib:

“Firuzə İbadovanın öz kimi gözəl sənəti var. Uzun illər onunla birgə çalışmış, mahnılar yazdırmış və oxumuşuq. Dəfələrlə toylarda stolun üstünə gətirib telefon nömrəsi qoyublar, amma Firuzə xanım ona əl vurmayıb. Sonradan mənə deyib ki, ora nömrə qoyulub baxarsan, götürərsən. Sezar pizza

Amma indikilər belə deyil. Qadın müğənnilər var ki, 5 telefonla gəzirlər. Arvadda nə qədər telefon olar? Biri çantasında, biri avtomobilində, o biri çəkməsinin arasında... Bəsdir də! 

Bir sənətçinin yetişməsi üçün 40-50 il vaxt tələb olunur. O vaxt sizin kimi kompüter effektləri ilə oxumurduq. Müğənnilik sənəti həmişə "ağa sənəti" olub. Bu sənət nökər sənəti olmayıb. Nökərliyin özü də şan-şöhrətdir. O sənəti də bacarmaq lazımdır. İfaçılıq sənətini lap qara-qəpiyə satdınız! Belə olmaz!"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!