5 yeni “ASAN xidmət“ mərkəzi açılacaq

saytların hazırlanması

Evə çatdırılma

5 yeni “ASAN xidmət“ mərkəzi açılacaq

Sosial

19 Sentyabr 2019 18:27 1245


2019-cu ilin sonuna qədər Azərbaycanda beş yeni "ASAN xidmət” mərkəzi açılacaq, 2020-ci ildə isə Bakıda daha iki, regionlarda isə əlavə beş yeni analoji mərkəz açılacaq.

"Yeni Sabah" "Oxu.az"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini Ceyhun Salmanov deyib.

O bildirib ki, ümumilikdə respublika üzrə "ASAN xidmət” mərkəzlərinin sayı 22-yə çatacaq: pizza sifarişi

"Hazırda respunlika üzrə 15 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir, Onlardan beşi Bakıda, digərləri isə regionlarda əhaliyə xidmət göstərir. Bundan başqa, iki "ASAN kommunal xidmət” mərkəzi, bir "ASAN qatar” və 10 səyyar avtobus fəaliyyət göstərir. "ASAN xidmət” mərkəzləri ölkənin 75,5 faizini əhatə edir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!