50 min ana və körpə ac qalır –   Qəzzada insanlıq faciəsi

saytların hazırlanması

Evə çatdırılma

50 min ana və körpə ac qalır – Qəzzada insanlıq faciəsi

Dünya

10 İyul 2025 11:39 218


Qəzza zolağında yaşayan 50 mindən çox ana və körpə aclıq təhlükəsi ilə üz-üzədir. Bölgədə körpələr üçün nəzərdə tutulan mama və qida ehtiyatlarının tükənməsi səbəbindən ac uşaq sayının artması ciddi narahatlıq doğurur.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, beynəlxalq humanitar təşkilatlar və yerli yardım qurumları ərzaq çatışmazlığı və blokadalar nəticəsində ana və körpələrin qida təminatının kəskin şəkildə azaldığını bildirir. Bu, körpələrin sağlamlığının və həyatının təhlükə altında olduğunu göstərir.

Humanitar kömək çağırışları gücləndirilsə də, bölgədə vəziyyət hələ də kritik olaraq qalır və beynəlxalq ictimaiyyətin dərhal müdaxiləsi zəruridir. Qida qıtlığı səbəbindən körpələr arasında zəiflik və xəstəlik hallarının artması müşahidə edilir. Dördpendirli pizza

Beynəlxalq təşkilatlar Qəzza zolağında yaşayan insanların həyatını xilas etmək üçün qida və tibbi yardımın artırılmasını tələb edir. Eyni zamanda, bölgədə blokadaların yumuşaldılması və humanitar yardımın maneəsiz çatdırılması üçün siyasi addımların atılması çağırılır.

Rəvan Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!