500 min amerikalının öləcəyi proqnozlaşdırılır

saytların hazırlanması

Evə çatdırılma

500 min amerikalının öləcəyi proqnozlaşdırılır

Dünya

06 Dekabr 2020 10:23 651


Amerika alimləri güman edirlər ki, ABŞ-da kütləvi vaksinləməyə baxmayaraq, koronavirusdan yarım milyondan çox insan ölə bilər.

Yenisabah.az xəbər verir ki, bu barədə Vaşinqton Universitetinin Tibb Məktəbi yanında Sağlamlığı Ölçmə və Qiymətləndirmə İnstitutunun (IHME) hesabatında bildirilir.

Sənəddə qeyd edilir ki, ölkədə COVID-19 qurbanlarının sayı 2021-ci ilin 1 aprelinə qədər 539 min nəfərə qədər arta bilər. Bu halda alimlər hesab edirlər ki, gündəlik ölümlərin pik həddi 3 minə çatacaq. Qeyd edilir ki, ən yüksək ölüm göstəricisi növbəti il yanvarın ortaları və sonunda olacaq. Dördpendirli pizza

Cons Xopkins Universitetinin son məlumatına görə, ABŞ-da epidemiyanın başlanğıcından COVID-19-a 14,5 milyondan çox yoluxma aşkarlanıb, 280 mindən çox pasiyent koronavirusun qurbanı olub. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!