Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi növbəti mərhələyə keçib.
Yenisabah.az “Hürriyyət”ə istinadla xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin adını açıqlamayan səlahiyyətli diplomatı bildirib.
Onun sözlərinə görə, iyul ayında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubenyan arasında baş tutmuş görüşdə sərhədlərin üçüncü ölkə vətəndaşlarına açılmasına dair razılıq əldə olunub. Bu konteksdə texniki nümayəndələrin müəyyən addımlar atması və yol xəritəsi hazırlaması gözlənilir. Pepperoni pizza
XİN əməkdaşı xatırladıb ki, xüsusi nümayəndələr 1 dəfə Rusiyanın paytaxtı Moskvada, 3 dəfə Avstriyanın paytaxtı Vyanada görüşüblər. Həmçinin S.Kılıç və R.Rubenyan arasında 500 dəfə telefon danışığı olub.
Telegram kanalımız