5000 dolları Azərbaycanda oynamaqdan üstün tutdu

saytların hazırlanması

Evə çatdırılma

5000 dolları Azərbaycanda oynamaqdan üstün tutdu

İdman

19 May 2021 16:30 1334


"Minay"dan ayrılmağa hazırlaşan Anatoli Nuriyev fikrindən daşınıb.

Yenisabah.az-ın məlumatına görə, millinin hücumçusu Ukraynada qalmağı qətiləşdirib.

25 yaşlı hücumçunun Ujqorod təmsilçisi ilə 2022-ci ilin yayınadək olan müqaviləsində belə bir bənd var ki, klub aşağı liqaya düşəcəyi təqdirdə, o, azad agent statusu alacaq. Dördpendirli pizza

Menecerlər vasitəsilə “Sabah”a təklif edilən forvardın xidmətində maraqlı olan komanda "Kolos"dur.

Kiyev vilayətinin Vasilkov rayonunun Kovalyovka kəndini təmsil edən kollektiv avrokuboklar öncəsi heyətini gücləndirmək istəyir. Hücum xətti üçün nəzərdə tutulan əsas namizəd isə Nuriyevdir.

Sportinfo.az xatırladır ki, "Kolos” bu mövsüm vurduğu 10 qolla bombardirlər yarışını 3-cü pillədə başa vuran Nuriyevə 5000 dollar əməkhaqqı təklif edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!