51 ağac kəsdilər, prokurorluq hərəkətə keçdi

saytların hazırlanması

Evə çatdırılma

51 ağac kəsdilər, prokurorluq hərəkətə keçdi

Maraqlı

27 Aprel 2023 11:43 778


Zaqatala rayonunda ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanılıb. 

Bu barədə Yenisabah.az-a rayon prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, rayonun Göyəm kəndi ərazisində qanunsuz ağackəsmə barədə vətəndaş müraciəti üzrə rayon prokurorluğunda araşdırma aparılıb.  Marqarita pizza

Araşdırma zamanı rayonunun Göyəm bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində ümumilikdə 51 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 60 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!