52 il əvvəl gələcəyə yazılan məktub -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

52 il əvvəl gələcəyə yazılan məktub - Fotolar

Hadisə

03 Fevral 2021 15:13 2125


İngiltərədə yaşayan bir mebel ustası mebel parçasının içərisindən 1969-cu ilə aid olan məktub tapıb.

Yenisabah.az xəbər verir ki, hadisə Kembric bölgəsinin Piterboro şəhərində qeydə alınıb. Məlumata görə, məktub o dövrdə 11 yaşında olan bir qıza məxsusdur. Yeniyetmənin yazdığı məktubda gələcəyə dair bir sıra proqnozlar öz əksini tapıb, hansı ki, qeyd olunanlar artıq dünyada mövcuddur. Belə ki, o, yazısında ağıllı televiziya sistemlərinin, avtomatik qapıların və video danışıqların ixtirasından söz açıb:

“İl 1980, 21 yaşım var. 11 yaşımı, məktəbdə oxuduğum dövrü xatırlayıram. O vaxtdan bəri bir sıra dəyişikliklər olub. Məsələn, televiziya 1969-cu ildə qarşısında düymələri olan bir kvadrat qutu idi, amma indi kreslonuzda açmaq və söndürmək üçün düymələri olan böyük bir ekrandır. Mən evliyəm və ərim işdən gəlir. Qapını açmaq üçün düyməni basmalı olduğumu deyir. Mən də bunu edərək elektrik qapımızı açıram. 1969-cu ildə telefon üstündə dəstəyi olan bir kvadrat qutuydu, ancaq indi danışdığınız insanları görə bilirsiniz”. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!