55 yaşlı kişi gənə sancmasından öldü – Həkimlər xəbərdarlıq edir

saytların hazırlanması

Evə çatdırılma

55 yaşlı kişi gənə sancmasından öldü – Həkimlər xəbərdarlıq edir

Dünya

03 İyul 2025 16:11 609


Türkiyənin Bolu vilayətində gənə sancması bir nəfərin həyatına son qoyub. Yerli mediada yayılan məlumatlara görə, 55 yaşlı şəxs tarlada işləyərkən gənə tərəfindən sancılıb və bir neçə gün sonra xəstəxanada dünyasını dəyişib.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həkimlərin ilkin diaqnozuna əsasən, xəstə Krım-Konqo Qanamalı Qızdırmasına yoluxub. Tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Mütəxəssislər bölgədə gənə təhlükəsinin artdığını bildirir və xüsusilə yay aylarında açıq sahələrdə çalışan vətəndaşları ehtiyatlı olmağa çağırır. pizza hut

Rəvan Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!