56 nəfər parlament seçkilərində iştirakını dayandırdı - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

56 nəfər parlament seçkilərində iştirakını dayandırdı - RƏSMİ

Sosial

28 Dekabr 2019 13:05 1249


"Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1611 nəfər müraciət edib".

"Yeni Sabah" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, namizədlərin 293 nəfəri 17 siyasi partiya tərəfindən irəli sürülüb: "13 nəfər təşəbbüs qrupları tərəfindən, 1305 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb". Marqarita pizza

M.Pənahov bildirib ki, müraciət edən şəxslərin 1202 nəfərinin namizədliyi artıq təsdiq olunub: “Onlardan 1012 nəfəri isə imza vərəqələrini artıq götürüb, 124 nəfəri qaytarıb, 16-ı isə qeydə alınb. 56 nəfər isə seçkilərdə iştirakını dayandırıb”. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!