58 yaşlı kişi mübahisə etdiyi adamı ürəyindən bıçaqladı

saytların hazırlanması

Evə çatdırılma

58 yaşlı kişi mübahisə etdiyi adamı ürəyindən bıçaqladı

Kriminal

16 İyun 2022 09:53 1182


İyun 15-i saat 15 radələrində 1963-cü il təvəllüdlü Məsim Pirverdiyevin Gədəbəy rayonu ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Gədəbəy Rayon Prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, zərərçəkmişin tanışı 1964-cü il təvəllüdlü Mahir Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Məsim Pirverdiyevə ürək nahiyəsindən bıçaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Pepperoni pizza

Mahir Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!