59 vətəndaşımız Türkiyədən Azərbaycana buraxılmır -   Aralarında şəhid anaları da var

saytların hazırlanması

Evə çatdırılma

59 vətəndaşımız Türkiyədən Azərbaycana buraxılmır - Aralarında şəhid anaları da var

Sosial

13 Fevral 2025 16:49 17292


Bir qrup Azərbaycan vətəndaşı Türkiyə ilə sərhəddə ilişib qalıb. 10-u şəhid valideyni olmaqla, 59 nəfər Iğdırla Naxçıvan MR-in Sədərək rayonu arasında yerləşən sərhəd-keçid məntəqəsindən Azərbaycana buraxılmır. 

Yenisabah.az xəbər verir ki, əksəri qadın olan qrup İranın Məşhəd şəhərinə ziyarət məqsədi ilə yollanıb. Ziyarətdən qayıdan vətəndaşlarımız 3 gündən çoxdur ki, Iğdırda keçid izni gözləməkdədir.

Bu barədə Türkiyə mediası məlumat yayıb. Sezar pizza

Dövlət Gömrük Komitəsindən “Yeni Sabah”ın məsələyə dair müraciətinə cavab olaraq bildirilib ki, sözügedən vəziyyət DGK-nın səlahiyyətlərinə aid deyil.

Dövlət Sərhəd Xidmətindən isə sorğumuza cavab olaraq qeyd edilib ki, DSX-ın dövlət sərhədindən buraxılış məntəqələri Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq fəaliyyət göstərir.

Mövzuya dair Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov müraciətimizi cavablandıracağını desə də, sonrakı zənglərimiz cavabsız qalıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Elsen Cabbarov
    Azerbaycan vetendasi oz vetenine eger donus ede bilmirse . Vetendasliqdan imtina etse ondan yaxsidi. Harda gorunub oz vetenine done bilmir vetendas
    1 year ago
  • Berkant
    Bunun türkiyeyle ne elekesi var bilmirler azerbaycan vetendeşi naxçivandan girebilmir men eylersem alınmalıdı mantıgı düz dwğil ona göre insanlar baha olan teyyareyle gelir
    1 year ago
  • Sara
    Türkiye terefi buraxmır,ya Azerbaycan terefi?
    1 year ago