6 ayda 8324 boşanma

saytların hazırlanması

Evə çatdırılma

6 ayda 8324 boşanma

Sosial

14 İyul 2019 10:53 1675


2019-cu ilin birinci yarısında Azərbaycanda Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən 29 242 nikah qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin (ƏN) mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq verilən məlumatda bildirilib.

Hesabat dövründə qeydə alınan nikahlardan 1013-ü əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə Azərbaycan vətəndaşları arasında bağlanıb. Sezar pizza

Rəsmi məlumata görə, azərbaycanlılar daha çox Rusiya Federasiyası, Türkiyə və Gürcüstan vətəndaşları ilə nikaha giriblər. Altı ay ərzində 8324 boşanma rəsmiləşdirilib. Eyni zamanda qeyd edilib ki, əcnəbilər və vətəndaşlığı olmayanlarla Azərbaycan vətəndaşları arasındakı nikahlardan 93-ü pozulub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!