6 nəfərin yaralandığı qəza ilə bağlı AÇIQLAMA - Sürücü sükan arxasında yuxulayıb

saytların hazırlanması

Evə çatdırılma

6 nəfərin yaralandığı qəza ilə bağlı AÇIQLAMA - Sürücü sükan arxasında yuxulayıb

Hadisə

14 Dekabr 2019 08:36 1267


Bakı Nəqliyyat Agentliyi (BNA) marşrut avtobusunun qəzaya uğraması ilə bağlı məlumat yayıb.

Agentlikdən "Yeni Sabah"a verilən məlumatda bildirilir ki, bu gün səhər saat 09:00 radələrində Suraxanı qəsəbəsi “Daş yol” adlanan küçədə yol nəqliyyat hadisəsi baş verib.

Belə ki, KİA markalı minik avtomobili əks hərəkət istiqamətinə çıxaraq 104 nömrəli müntəzəm marşrut xətti üzrə (Dövlət Qeydiyyat Nişanı 90 OJ 542) sərnişin avtobusu ilə toqquşub. 104 nömrəli müntəzəm marşrut xətti üzrə daşıyıcı Nazim Qəhrəmanovun verdiyi məlumata əsasən, hadisə zamanı avtobusda olan sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb. pizza hut

Şahidlərin sözlərinə və ilkin araşdırmalara görə, hadisəyə səbəb KİA markalı minik avtomobili sürücüsünün sükan arxasında yuxulaması olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!