Türkiyəni sarsıdan “6 yaşlı gəlin” məhkəməsində müttəhimlər Kadir İsteli və Yusuf Ziya Gümüşəl bir daha hakim qarşısına çıxarılıb.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Hiranur” Vəqfinin qurucusu Yusuf Ziya Gümüşelin 6 yaşlı qızını 29 yaşlı kişi ilə dini nikahla evləndirdiyi iddiası ilə İstanbuldakı Anadolu Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.
İddianamədə “6 yaşlı gəlin”in əri Kadir İsteli üçün “uşağa cinsi istismar” və “cinsi təcavüz” ittihamları ilə 30 ildən az olmayan, ata Yusuf Ziya Gümüşel üçün isə 18 ildən az olmayan həbs cəzası istənilib. 6 yaşlı qızın anası Fatimə Gümüşelə isə uşağın cinsi istismarına göz yumduğuna görə 18 il həbs cəzası istənilib. Sezar pizza
Məhkəmə qərarının aprelin 5-də elanolunacağı gözlənilir.
Telegram kanalımız