Fransalı yarımmüdafiəçi Mussa Diabi İngiltərənin "Aston Villa" klubundan Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna keçib.
Yenisabah.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) “Əl-İttihad” məlumat yayıb.
Səudiyyə Ərəbistanı təmsilçisi futbolçu üçün müxtəlif bonuslar nəzərə alınmaqla İngiltərə klubuna 60 milyon avro ödəyəcək. Qeyd olunub ki, oyunçu Səudiyyə klubu ilə 5 illik müqaviləyə razılaşıb. Dördpendirli pizza
25 yaşlı Mussa Diabi daha əvvəl "Bayer", "Krotone" və PSJ-də çıxış edib.
Telegram kanalımız