600-dən çox şəxs Azərbaycan vasitəsilə təxliyə olundu

saytların hazırlanması

Evə çatdırılma

600-dən çox şəxs Azərbaycan vasitəsilə təxliyə olundu

Sosial

17 İyun 2025 11:34 236


İrandan 17 ölkənin 600-dən çox vətəndaşı Azərbaycan vasitəsilə təxliyə olunub.

Yenisabah/az report-a istinadla x'b'r verir ki, artıq humanitar keçid 5 gündür yüksək səviyyədə həyata keçirilir.

İsrail-İran müharibəsi başlayandan 600-dən çox şəxsin "Astara" dövlət sərhədindən buraxılış məntəqəsindən rahat keçidi təmin edilib. Təxliyə olunanlar arasında azərbaycanlıların da olduğu siyahıda 17 ölkənin vətəndaşları var. pizza sifarişi

Bu siyahıda MDB ölkələrindən Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan yer alır. Avropa ölkələrinə gəlincə, Almaniya, İspaniya, İtaliya, Serbiya, Rumıniya, Portuqaliya vətəndaşlarının müraciət əsasında təxliyələri həyata keçirilib.

Vətənlərinə yola salınan əcnəbilər arasında az da olsa, ABŞ, BƏƏ, Çin və Vyetnam vətəndaşları da var.

Təxliyə olunanlar İran tərəfdə Azərbaycana keçmək üçün yüzlərlə şəxsin növbə gözlədiyini bildiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!