600 manatlıq hədiyyəyə dilənçi payı deyən məktəb direktoru   İŞDƏN ÇIXARILDI

saytların hazırlanması

Evə çatdırılma

600 manatlıq hədiyyəyə dilənçi payı deyən məktəb direktoru İŞDƏN ÇIXARILDI

Hadisə

03 Mart 2025 20:58 2040


Bakıda məktəb direktoru fəaliyyətindəki nöqsanlara görə işdən azad olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, Bakı şəhəri 231 nömrəli tam orta məktəb direktorunun müəllimlərə qarşı davranışı və səs yazısı ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru vəzifəsindən azad edilib. Sezar pizza

"Bildiririk ki, təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir.

Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir", - məlumatda deyilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    BU MƏKTƏB DİREKTORU MƏKTƏB DİREKTORLARININ SİMASIDIR. ELƏ BİR QADIN MƏKTƏB GÖSTƏRİN Kİ RÜŞVƏT VERMƏSİN VƏ ALMASIN? AZƏRBAYCANDA. CƏNNƏT AYAQLARI ALTINDA OLAN QADIN MƏMUR VARMI?
    1 year ago
  • RAHİM
    BU MƏKTƏB DİREKTORU MƏKTƏB DİREKTORLARININ SİMASIDIR. ELƏ BİR QADIN MƏKTƏB GÖSTƏRİN Kİ RÜŞVƏT VERMƏSİN VƏ ALMASIN? AZƏRBAYCANDA. CƏNNƏT AYAQLARI ALTINDA OLAN QADIN MƏMUR VARMI?
    1 year ago