600 min maska payladılar, sonra geri yığdılar – Yararsızmış

saytların hazırlanması

Evə çatdırılma

600 min maska payladılar, sonra geri yığdılar – Yararsızmış

Dünya

30 Mart 2020 12:56 742


Hollandiyada koronavirusa qarşı mübarizə çərçivəsində Çindən idxal edilən 1.3 milyon maskadan 600 mini paylanıldıqdan sonra geri toplanılıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Hollandiya İctimai Yayım Təşkilatı (NOS) məlumat yayıb. Məlumata görə, Çindən maska idxalı dayandırılıb. Səbəb isə maskaların koronavirusun tənəffüs yolu ilə keçməsinə əngəl olmadığının müəyyənləşdirilməsi olub. Açıqlamada bundan sonra idxal olunacaq maskaların əlavə testdən keçiriləcəyi bildirilib. 

Qeyd edək ki, geri toplanılan maskaların istifadə edilib-edilmədiyi məlum deyil. Bəzi xəstəxanalarda lazımi ləvazimat olmadığı üçün köhnə maskalar dezinfeksiya edilərək təkrar istifadə edilir. Dominos pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!