63 yaşlı azərbaycanlı nazir yarışda:   12 min metr üzdü - Foto

saytların hazırlanması

Evə çatdırılma

63 yaşlı azərbaycanlı nazir yarışda: 12 min metr üzdü - Foto

Hadisə

21 Avqust 2021 20:20 6791


Müdafiə sənayesi naziri Mədət Quliyev yığma üzvləri ilə birgə üzgüçülük marafonuna qatılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Fanat.Az-a üzgüçülük üzrə Azərbaycan millisinin baş məşqçisi Rəşad Əbdürəhmanov məlumat verib. Yığmamızın çalışdırıcısı üzmə həvəskarı olan 63 yaşlı nazirin təşəbbüsü ilə həftənin şənbə günləri Xəzər dənizində yarış təşkil olunduğunu bildirib.

Əbdürəhmanov indiyədək iki dəfə belə marafon keçirildiyini diqqətə çatdırıb. Nazir və yığma üzvləri ilk olaraq 8 min, bu gün baş tutan yarışmada isə 4 min metr məsafəyə üzüblər.  Dominos pizza

Baş məşqçinin sözlərinə görə, bu, bir aksiyadır və keçirilməsində əsas məqsəd ölkədə insanları sağlam həyat tərzinə təşviq etmək və marafon üzgüçülüyünün inkişafına təkan verməkdir. Əbdürəhmanov üzgüçülük həvəskarlarını onlara qoşulmağa çağırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!