648 nəfər dönərdən zəhərləndi - Xəstəxanalar dolub-daşdı…

saytların hazırlanması

Evə çatdırılma

648 nəfər dönərdən zəhərləndi - Xəstəxanalar dolub-daşdı…

Dünya

05 Aprel 2025 10:38 264


Türkiyənin Kocaeli vilayətinin Körfəz rayonunda yerləşən bir yeməkxanadan toyuq dönəri yeyən 648 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edib.

Yenisabah.az xəbər verir ki, bu şəxslər ürəkbulanma, qusma və ishal kimi simptomlarla xəstəxanaya çatdırılıb.

Müalicədən sonra 646 nəfər evə buraxılıb, 2 nəfərin isə müalicəsi davam edir. Hadisə ilə əlaqədar yeməkxananın sahibləri E.T. və K.Y. həbs olunub və müəssisə bağlanıb. Aparılan analizlər nəticəsində götürülən nümunələrin Türkiyə Qida Kodeksi Mikrobioloji Kriterlər Nizamnaməsinə uyğun olmadığı müəyyən edilib. pizza

Digər tərəfdən, Bursa vilayətinin Yenişehir rayonunda 47 nəfərin toyuq dönərindən zəhərləndiyi iddiası ilə bağlı aparılan araşdırmada götürülən nümunələrin qida kodeksinə uyğun olduğu müəyyən edilib və yeməkxana yenidən fəaliyyətə başlayıb.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!